Xuan Mata "Qalatasaray" üçün İstanbulda - Şəkillər

Xuan Mata "Qalatasaray" üçün İstanbulda - Şəkillər
XƏBƏR 8 Sentyabr 2022 / 14:30 4497
-  A +

"Mançester Yunayted"in sabiq futbolçusu Xuan Mata "Qalatasaray"la müqavilə imzalamaq üçün Türkiyəyə gedib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçini daşıyan təyyarə bu gün İstanbula enib. Oyunçunu "Qalatasaray"ın nümayəndələri qarşılayıblar.

Mata tibbi müayinədən keçdikdən sonra onunla sözləşmə imzalanacaq. Futbolçu "Qalatasaray"a azad agent kimi transfer olunur.

Qeyd edək ki, Matanın son klubu da məhz "Mançester Yunayted" olub. O, bu il 2014-cü ildən etibarən oynadığı İngiltərə təmsilçisindən ayrılıb.


Son xəbərlər
topaz banner