Levandovski "Viktoriya"ya vurduğu qolları həyat yoldaşına həsr etdi

Levandovski "Viktoriya"ya vurduğu qolları həyat yoldaşına həsr etdi
XƏBƏR 8 Sentyabr 2022 / 12:25 2760
-  A +

"Barselona"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Viktoriya" (Plzen, Çexiya) ilə görüşdəki het-trikini həyat yoldaşına həsr edib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu özü açıqlama verib. Robert deyib:

"Bu gün həyat yoldaşımın ad günüdür. Bütün qollar onun üçün idi. Həyat yoldaşımın ad günündə stadionda olması mənim üçün çox əlamətdar və vacibdir”.

Qeyd edək ki, "Barselona" "Viktoriya"ya 5:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner