Azərbaycan çempionu – “Qarabağ” – bu gün UEFA Avropa Liqasının qrup mərhələsində oyunlara başlayır. Tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə keçməyə bir az qalan Qurban Qurbanovun komandası səfərdə Almaniyanın “Frayburq” komandası ilə qarşılaşacaq.
"Qarabağ" bu mövsüm avrokubok kampaniyası çərçivəsində çox sayda parlaq qələbələr qazandı. Ağdamlılar Polşa, İsveçrə və Macarıstan çempionlarını məğlub etdilər və Çexiya "Viktoriya"sı ilə də eyni uğura imza atmağın bir addımlığında idilər.
Buna baxmayaraq, “Qarabağ”ın oyunlarına maraq yüksək səviyyədədir. Məhz buna görə Avropa Liqasının qrup mərhələsinin ilk turu, “Frayburq”la oyunu ölkənin ən böyük ekranında – Park Cinema Flame Tower kinoteatrının IMAX zalında canlı izləmək imkanı yaradılıb.
Yeri gəlmişkən, “Park Cinema” üçün bu, Ağdam komandasının oyunlarının nümayişi ilə bağlı ilk təcrübə deyil. Daha əvvəl “Qarabağ”ın “Viktoriya”ya qarşı oyunları da IMAX zalında nümayiş etdirilib, hətta kinoteatırda kiçik fan-zona da hazırlanıb.
Xatırladaq ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Biletləri kinoteatrın kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərsiniz.

Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında