Obameyanq məşqləri maska ilə keçirir - Şəkillər

Obameyanq məşqləri maska ilə keçirir - Şəkillər
XƏBƏR 6 Sentyabr 2022 / 14:23 2753
-  A +

"Barselona"dan "Çelsi"yə transfer olunan Pyer-Emerik Obameyanq məşqləri maska ilə keçirir.

Qol.az xəbər verir ki, buna səbəb forvardın çənəsinin sınmasıdır. 33 yaşlı hücumçu bir neçə gün əvvəl evinin qarət edilməsi zamanı oğrular tərfindən döyülüb və xəsarət alıb. Forvardın çənəsi ov tüfənginin qundağı ilə sındırılıb. Ona görə də Obameyanqın ən azı 1 ay oynamayacağı dəqiqləşib. Futbolçu hazırda "zadəganlar"ın məşqlərinə qatılsa da, maskadan istifadə edir.

Qeyd edək ki, Obameyanq sentyabrın 2-si "Çelsi" ilə 2 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner