"Qarabağ" üçün iki oyunçu ilə danışıqları mən aparmışam, amma alınmayıb”.
Qol.az xəbər verir ki, bu sözləri futbol meneceri Tural Əsgərov “Futbol+” qəzetinə müsahibəsində deyib. T.Əsgərov “Qarabağ”ın Avroliqanın qrup mərhələsi ərəfəsində transfer etməməsi barədə danışarkən bildirib:
“Elə oyunçular var, hava limanında yatırlar ki, mən onlara “Qarabağ”la bağlı xəbər verim. Bəzi növbədə duran klublar da var. Onlar can atırlar ki, futbolçularına görə mən onlarla danışıq aparım. “Gəl” desəm, qaça-qaça gələcəklər. Seçimi bu futbolçular arasından etsək, problem olmaz. O zaman hansısa oyunçunun alınmamaq söhbəti olmayacaq. Amma gəlin düşünək. Həmin futbolçu “Qarabağ”a nə qədər xeyir verəcək? Bir aydan sonra mətbuat, ictimaiyyət deyəcək ki, bu nə transferdir? Bunu kim gətirib bura? Nə üçün bu qədər pul xərclənib?"
İndi soruşsam, hamı deyəcək ki, qrupda ilk iki pillədə qərarlaşmaq üçün “Qarabağ”ın ən azı 5-6 yeni futbolçuya ehtiyacı var. Ancaq klub hesab edir ki, bu heyətlə də mübarizə aparmaq olar. Kimsə qrup qalibi olmağa əminlik tələb edirsə, belə bir heyət yoxdur. “Frayburq”un dəyəri 150 milyon avrodur. Bu ona əsas verir ki, qrupda 1-ci yeri tutacaqlar? “Olimpiakos” Marselonu transfer etdi. Bu o deməkdir ki, yunanlar ilk sırada yer alacaq? Pireylilərin oyununa baxın! Təsnifat mərhələsində bir qələbəsi belə yoxdur. Bir-iki transfer nəyəsə təminat versəydi, bütün məşqçilər bunu edərdi".
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında