CAS Nurlan İbrahimovla bağlı prosesi 8-ci dəfə təxirə saldı

CAS Nurlan İbrahimovla bağlı prosesi 8-ci dəfə təxirə saldı
XƏBƏR 6 Sentyabr 2022 / 13:30 1904
-  A +

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun mətbuat xidmətinin keçmiş rəhbəri Nurlan İbrahimovla bağlı  qərarı növbəti dəfə təxirə salınıb.

Qol.az xəbər verir ki, İbrahimovun vəkili Fərid Haqverdiyev bu barədə öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib. CAS Nurlanın məsələsi ilə bağlı qərarın verilmə tarixini oktyabrın 13-dək uzadıb. 

Qərar sentyabrın 11-də açıqlanmalı idi.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı "Feysbuk" səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” isə 100 000 avro cərimələnib. O, ötən il yanvar ayının 19-da Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb. CAS Nurlanla bağlı qərarın açıqlanmasını daha əvvəl 7 dəfə təxirə salıb.


Son xəbərlər
topaz banner