Bir həftə ərzində "Barselona"dan ayrılacaq

Bir həftə ərzində "Barselona"dan ayrılacaq
XƏBƏR 6 Sentyabr 2022 / 13:18 3498
-  A +

"Barselona"nın futbolçusu Miralem Pyaniç 1 həftə ərzində klubda ayrılacaq.

Qol.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi "Şarja"ya (BƏƏ) keçmək qərarına gəlib.

Pyaniç "Şarja"nın təklifindən tam razı qalıb. Yaxın vaxtlarda o, "Şarja" ilə müqavilə imzalayacaq. “Barselona”nın futbolçusu BƏƏ təmsilçisinə azad agent kimi keçəcək. Kataloniya klubu isə onun transferinə mane olmayacaq.

Qeyd edək ki, Miralem ötən mövsümü icarə əsasında Türkiyənin "Beşiktaş" klubunda keçirib. O, 26 matçda 4 qol ötürməsi verib.


Son xəbərlər
topaz banner