Əliyar Ağayev Avropa Liqasının oyununu idarə edəcək

Əliyar Ağayev Avropa Liqasının oyununu idarə edəcək
XƏBƏR 6 Sentyabr 2022 / 13:00 3960
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-an növbəti dəfə təyinat alıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının referisi olacaq. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-i Avstriyada keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner