UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA-dan Rauf Cabbarova növbəti təyinat
XƏBƏR 6 Sentyabr 2022 / 11:17 2719
-  A +

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov UEFA-dan növbəti dəfə təyinat alıb.

Qol.az xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsində "Slovan" (Bratislava, Slovakiya) -  "Jalqris" (Litva) qarşılaşmasının referisi olacaq. Cabbarova yan xətt hakimləri qismində Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-i Slovakiyada keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner