"Viktoriya"nın (Plzen, Çexiya) futbolçusu Con Moskera Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirdikləri matçlar (0:0, 2:1) və qrupda oynayacaqları görüşlər barədə danışıb.
Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi gol.caracoltv.com-a müsahibəsində deyib:
“Mən düşünürdüm ki, çempion olduğumuz üçün yalnız 2 tur keçməliyik. Lakin mənə 3 tur olduğunu söylədilər. Ora qədər çatacağımızı bilmirdim. Çətin görürdüm. Düzdür, bizim ilk rəqibimiz HİK kimi komanda idi. Onların süni örtüklü meydançası vardı və bu, bərbad idi. Sonra "Şerrif"lə oynadıq və matçlar çətin keçdi. Əslində cavab oyununda qol vurdum. Onsuz da son mərhələdə qrupa düşmək istəyən, böyük və zəngin komanda olan "Qarabağ"la oynadıq. İlk görüşdə Bakıda 0-0 hesablı heç-heçə etdik. Evdə isə qalib gəldik. Mən də bir qol ötürməsi verdim və bununla da qrupa vəsiqə qazandıq”.
Oyunçu qrupda "Barselona", "İnter" və "Bavariya" kimi nəhəng komandalara qarşı keçirəcəkləri matçlara da toxunub: “Həqiqət budur ki, hər şey mümkündür. Əgər inamın varsa, bu üç böyük klubun gücünü bilirsənsə, hər şey mümkündür. Amma biz yarışmağa və bundan həzz almağa çalışacağıq. İlk üç rəqibi aradan qaldırmaq asan olmadı. Amma xoşbəxtik. O rəqiblərlə eyni qrupa düşəndə ilk növbədə gülərək “bu nədir?” deyirik. Biz ölüm qrupundayıq, amma bundan həzz alacağıq, yarışmağa çalışacağıq. Praqada oteldə yatmaq və səhər Barselonaya getmək. .. Çox həyəcanlı və xoşbəxtəm. Arzum gerçəkləşdi. Bu, mənim atamın da istəyi idi. Bundan maksimum həzz almağa çalışacağıq”.
Qeyd edək ki, "Viktoriya" C qrupunda ilk oyununu sabah səfərdə "Barselona"ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir