"Fiorentina" futbolçusu Nikola Milenkoviçlə müqaviləni uzadıb.
Qol.az Florensiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Serbiya millisinin müdafiəçisinin yeni sözləşməsi 2027-ci ilin yayına qədərdir. O, yeni müqaviləyə əsasən, ilinə 3.5 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, Nikola Milenkoviç 2017-ci ildə “Partizan”dan “Fiorentina”ya transfer olnub. Mərkəz müdafiəçisi Florensiya klubunda keçirdiyi 5 mövsüm ərzində 172 oyuna çıxıb, 4 qola imza atıb.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər