"Təlim-məşq toplanışları həmişə ağır keçir. Gündə 2 dəfə məşqlər olur ki, bu da əlavə yüklənmə yaradır. Futbolçuların məşqlərə münasibətindən çox razıyıq".
Qol.az xəbə verir ki, bu sözləri "Sabah"ın baş məşqisi Murad Musayev klubun rəsmi saytına açıqlamasında komandanın yeni mövsümə hazırlığı barədə danışarkən deyib. O, Bakı təmsilçisinə yeni qoşulan futbolçuların tədricən komandaya uyğunlaşdığını bildirib:
"Futbolçular yorğunluğa, havanın isti və ya yağışlı olmasına baxmayaraq, məşqlərə böyük fədakarlıqla və istəklə yanaşırlar. Bu da bizim üçün vacibdir. Yeni futbolçuların komandaya uyğunlaşması ilə bağlı tələsməyə ehtiyac yoxdur. Onların çoxu biz məşqlərə başladıqdan sonra komandaya qoşuldular. Bizim əsas vəzifəmiz onları onları zədələrdən qorumaqla ehtiyatlı bir şəkildə komandaya uyğunlaşdırmaq və onlardan nə tələb olunduğunu izah etməkdən ibarətdir. Buna görə də hazırlıq zamanı onlara çox yüklənmirik. Gündən-günə fiziki hazırlıqlarını bərpa edirlər. Bu da onların komandaya uyğunlaşmasına şərait yaradır. Əlbəttə, hazırlığa ilk günlərdən qoşulan futbolçular üçün bir qədər daha rahatdır. Onların artıq komandaya tam uyğunlaşdığını demək olar. Gec qoşulan futbolçuların uyğunlaşmaq üçün vaxta ehtiyacları olmasında problem yoxdur. Son oyunlarda futbolda bəzi şeylərin nə qədər önəmli olduğunu gördük. Əgər işimizin müəyyən hissəsini düzgün yerinə yetirmiriksə, bizi buna görə cəzalandırırlar. Bəli, yoxlama oyunlarında nəticənin vacib olmadığı deyilir. Lakin biz hətta məşqlərdə də qələbə üçün çalışırıq. Yaxşı ki, bu səhvlər təlim-məşq toplanışında baş verdi. Biz indi həmin səhvləri aradan qaldıra və yeni mövsümdə təkrarlanmaması üçün daha diqqətli ola bilərik".
Çalışdırıcı onları dəstəkləyən azarkeşlərə müraciət edərək deyib:
"Azarkeşlərimizə demək istərdim ki, yeni mövsümdə onları sevindirmək üçün var qüvvəmizlə mübarizə aparacağıq. Biz həmişə onların böyük dəstəyini hiss etmişik. Onların bizi dəstəkləmək üçün həyata keçirdikləri müxtəlif fəaliyyətləri hər zaman yüksək qiymətləndiririk. Biz də öz növbəmizdə həm oyun keyfiyyətimizin artırılması, həm də nəticə baxımından əlimizdən gələni edəcəyik ki, onlar bizim oyunlarımızdan tam razı ayrılsınlar".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?