Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.
Qol.az xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda yüngül çəkidə (70 kq-a qədər) rinqə çıxan idmançının rəqibi yerli Sidney Autlou olub. Tofiq ABŞ təmsilçisini ilk raundda 27 saniyəyə nokauta salıb.
Tofiq Musayev qarşılaşmadan sonra açıqlamasında bu sözləri deyib:
"Əvvəlki müsahibəmdə də demişdim ki, döyüş vaxtından tez qurtaracaq. Sevindirici haldır ki, vaxtından əvvəl qələbə qazandım. Rəqibə hörmətlə yanaşıram. Reytinqdə 1-ci yerdə gedirdi. Düşünürdüm ki, döyüşümüz maraqlı olacaq. Belə olub-olmadığını tamaşaçılar deyə bilər. Artıq təlim-məşq toplanışı haqqında fikirləşirik. Hazırlıq keçəndən sonra məşqçilər heyəti və menecerim məsləhət görərsə, növbəti aylarda döyüşməyə hazıram. Bu qələbəmi məşqçi heyətinə borcluyam. Şəxsi məşqçim Ruslan Əfəndiyevə, Rüfət və Ramin təşəkkürümü bildirirəm. Məni bu döyüşə hazırlamaq üçün çox əziyyət çəkdilər".
O, vurğulayıb ki, "Pitbull" ləqəbli braziliyalı Patriki Freyre ilə Azərbaycanda revanş döyüşünü keçirmək istəyir: "Çox istərdim ki, "Bellator" Vətənimdə olsun. Bu, bir çox yeniyetmə və gəncin bu idman növünə marağını daha da artırar. "Bellator"la müqavilə bağlayanda "Pitbull" şəxsi instaqram səhifəsində mənimlə revanş döyüşünə çıxmaq istədiyini yazmışdı. Onunla ancaq kəmər uğrunda döyüşə bilərəm. İdmançı təlim-məşq toplanışlarında artırır. Yaxşı hazırlıq keçib "Pitbulla" daha inamlı mübarizə aparmağa çalışacağam. Onun cavabını gözləyirəm. Razılıq versə, öz planlarımız üzərində işləməyə başlayacağıq. "Bellator"da Qafqazı təmsil edən döyüşçülərlə vuruşmaq istəmərəm. Əslində mənim üçün heç bir fərqi yoxdur. Amma daha çox digər ölkələrdən olan idmançılarla döyüşmək niyyətindəyəm. Qafqazlılarla başqa turnirlərdə qarşılaşmışam. Daha güclü rəqiblərlə üz-üzə gəlmək arzusundayam. Amma lazım gələrsə, Qafqazdan olan idmançılarla da döyüşərəm".
Musayev bu döyüşdən sonra yeni sponsorla müqavilə imzalanacağını istisna etməyib: "Menecerim məsləhət görsə, sözləşmə bağlayacağıq".
Qeyd edək ki, hazırda 32 yaşlı Musayevin hesabında 19 qələbə və 4 məğlubiyyət var.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu