ABŞ-ın Alabama ştatının Birmingem şəhərində 11-ci Dünya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Qol.az xəbər verir ki, mərasim "Protective Stadium" arenasında olub. 36 idman növü üzrə multi-idman oyunlarında iştirak edən 103 ölkənin nümayəndələri rəsmi paradla stadiona daxil olub. Azərbaycanı açılış mərasimində karate üzrə milli komandanın üzvləri və federasiya rəsmiləri təmsil edib. Komandaların paradında Azərbaycan bayrağını daşımaq Tokio olimpiadasının gümüş mükafatçısı, dəfələrələ Dünya və Avropa çempionu İrina Zaretskaya həvalə olunub.
Sonra Beynəlxalq Dünya Oyunları Assosiasiyasının (IWGA), Amerika Birləşmiş Ştatlarının və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı arenaya gətirilərək nümayiş etdirilib.
Rəsmi çıxışlarda Birmingem şəhərinin meri Randall Voodfin və IWGA-nın prezidenti Xose Perurena yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Müxtəlif növlər üzrə tanınmış idmançı, məşqçi, hakim və federasiya rəsmisi Dünya Oyunlarında mübarizədə Fair-Play qaydaları və idman prinsiplərinə sadiq qalacaqları üçün and içib.
ABŞ-ın aparıcı ağır sənaye şəhərlərindən olan Birmingemin tarixi və inkişafını əks etdirən kütləvi bədii kompozisiya və rəqslər, ölkənin, eləcə də Alabama ştatnın tanınmış müğənni və qruplarının ifası idman camiəsi və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Təntənəli açılış mərasimi səmada BOK-un və Dünya Oyunlarının loqotipləri, həmçinin bu multi-idman yarışında bir sıra növlərin qrafik təsviri əks olunan xüsusi effektlər nümayiş edilib.
Yuxarı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi