Bu gün Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatına start verilib.
Qol.az xəbər verir ki, yarışın ilk günündə oğlanların 50, 55, 60, qızların 40, 44 və 48 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Şahin Oruczadə qızıl medal qazanıb. 55 kq çəki dərəcəsində yer alan Oruczadə finalda serbiyalı Matiya Yeremiçə vaxtından əvvəl ipponla qalib gəlib. O, yarımfinalda ermənistanlı Vahe Aqasyana qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Finalda Serbiya təmsilçisi Matiya Yeremiki məğlub edən idmançımız qızıl meda qazanıb.
Nizami İmranov da Avropa çempionu olub. 60 kq çəki dərəcəsində yarışan idmançımız macarıstanlı Adam Mayor finalda vaxtından əvvəl ipponla qalib gəlib. Bununla da o, milli komandaya ikinci qızıl medalı qazandırıb.
Məhəmməd Məmişov (50 kq) qitə birinciliyini bürünc medalla başa vurub. O, 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov qızıl xal bölümünün 25-ci saniyəsində rəqibini məğlubiyyətə uğradıb.
Qadın cüdoçularımızdan isə Aydan Vəliyeva (48 kq) gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yer alan Vəliyeva finalda isveçli Tara Babulfata uduzub.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatında ilk yarış gününü 4 medalla başa vurub. Bu gün mübarizəyə qoşulan 6 cüdoçudan ikisi – Xalid Məmmədov (50 kq) və Xumar Qasımzadə (44 kq) yarışı medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan yarışa 14 cüdoçu ilə qatılıb. İyunun 26-dək davam edəcək qitə birinciliyində 40 ölkədən ümumilikdə 420 (231 oğlan, 189 qız) idmançı qüvvəsinı sınayacaq. İlk üç gündə fərdi, son gündə isə komanda yarışı olacaq.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər