Emeridən ilk

Emeridən ilk
DÜNYA FUTBOLU 17 Mart 2022 / 11:56 14774
-  A +

"Vilyarreal"ın baş məşqçisi Unai Emeri karyerasında ilkə imza atıb.

Qol.az "William Hill"ə istinadən xəbər verir ki, ispan mütəxəssisin çalışdırdığı komanda ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Onun baş məşqçisi olduğu "Vilyarreal" 1/8 finalda "Yuventus"a qalib gələrək (3:0, ilk oyun - 1:1) növbəti mərhələyə adını yazdırıb.

Qeyd edək ki, Emeri daha əvvəl çalışdırdığı "Sevilya" (3 dəfə) və "Vilyarreal"la Avropa Liqasının qalibi olub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner