Avropa Liqasının 1/8 final mərhələsinin “Barselona”ya qarşı matçında (0:0) “Qalatasaray”ın qapıçısı İnyaki Penya uğurlu oyun nümayiş etdirib.
Qol.az xəbər verir ki, gənc qapıçı 26 və 40-cı dəqiqələrdə Memfis Depayın, 58-ci dəqiqədə isə Serxio Busketsin zərbələrini əla seyvlərlə dəf edib və qola imkan verməyib. O, komandasının səfərdən heç-heçə ilə dönməsində böyük rol oynayıb.

Maraqlıdır ki, 23 yaşlı İnyaki Penya “Barselona”nın futbolçusudur. O, “Qalatasaray”da 2021/22 mövsümündən icarə qaydasında çıxış edir.
“Mən öz oyunumdan razıyam. “Qalatasaray” azarkeşlərindən hər zaman dəstək görürəm. Onlar bütün çətin anlarda bizimlə birgə olurlar. Fanatların fikri mənim üçün çox önəmlidir” – deyə Penya matçdan sonra bildirib.

“Barselona”nın baş məşqçisi Xavi də Penyanın dünən uğurlu oyun sərgilədiyini söyləyib.
Qeyd edək ki, İnyaki Penya məhz Xavinin dövründə “Qalatasaray”a icarəyə verilib. O, daha çox oyun təcrübəsi qazanmaq üçün Türkiyəyə göndərilib. “Mənim Barselona” ilə müqaviləm var. Buradan daha çox oyun şansı qazanmaq üçün getmişdim. “Barselona”ya qayıtmağı arzulayıram. Bunun üçün bütünlükdə oyunlara köklənməliyəm. İndiki fikrim isə “Qalatasaray”a bağlıdır” – deyə qapıçı bildirib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi