Messinin "Real"a qarşı "quru seriya"sı 9 oyuna çatdı

Messinin "Real"a qarşı "quru seriya"sı 9 oyuna çatdı
DÜNYA FUTBOLU 10 Mart 2022 / 10:11 1411
-  A +

PSJ-nin futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/8 finalında "Real"a növbəti dəfə qol vura bilməyib. 

Qol.az xəbər verir ki, onun komandası cavab oyununda Madrid klubuna 1:3 hesabı ilə uduzaraq turniri tərk edib. 

Argentinalı hücumçu ardıcıl 9 oyundur ki, "Real"a qol vura bilmir.  Messi sonuncu dəfə "Barselona"nın heyətində  2018-ci ilin mayında Madrid təmsilçisinə qol vurub.

Qeyd edək ki, Messi ötən ilin yayında PSJ-yə keçib.


Son xəbərlər