Misir millisinin və “Liverpul”un hücumçusu Məhəmməd Salah sonuncu “Qızıl top” mükafatının nəticələrindən narazı qalıb.
Qol.az xarici KİV-lərə istinadla xəbər verir ki, 29 yaşlı futbolçu nəticələrin onu şoka saldığını söyləyib:“Heç kim mənim yeddinci olacağımı gözləmirdi. Amma bu, baş verdi. Hər hansı sövdələşmənin olduğuna inanmıram. Çünki seçim səhv ola bilər. Bəzi ölkələr futboldan çox uzaqdırlar. Onların seçim zamanı nəyə əsaslandıqları mənə aydın deyil. Nəyisə sübut etmək niyyətində deyiləm. Amma həqiqətən nəticələri öyrənəndə şoka düşdüm”.
Salah ilin rəmzi yığmasına düşməməsinə də toxunub: “Mən bundan məmnun deyiləm. Lakin nə etmək olar?! Çox insanın məni bu siyahıda görmək istəməsindən şadam. Düşünmürəm ki, bunlar birbaşa mənə qarşı yönəlmiş addımlardır”.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar