"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirməsinə mane olan bir məqamla bağlı danışıb.
Qol.az xəbər verir ki, 40 yaşlı futbolçu “Goal.com”a açıqlamasında "Milan"la kubok qazana qədər karyerasını bitirməyəcəyini deyib:“Gələcəyim futbol, dünyam futboldur. Təbii ki, hazırda oynaya bilmədiyim üçün məyusam. Bu, məni çox incidir. Mən komanda ilə bir yerdə olmaq və “Milan”a kömək etmək istəyirəm. Mən gələndən sonra böyük işlər görmüşük və indi yalnız bir şey çatmır - kubok. Biz buna nail olmaq üçün mübarizə aparırıq. Bu komanda ilə nəsə qazanana qədər karyeramı bitirməyəcəyəm”.
Qeyd edək ki, isveçli hücumçu bu mövsüm A seriyasında 15 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsi mövsümün sonuna qədərdir.
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi