“Bu matçda demək olar ki, hər şeyi yaxşı bacardıq. Əla təzyiqlə güclü xarakter və komanda futbolu nümayiş etdirdik. Mübarizəmiz və oynamağımız xoşuma gəldi. Oyundan razı qaldım. Qalib gələ bilmədik, amma qarşıdurmanın nəticəsi hələ də bəlli deyil. Görünür, üstünlük indi "Mançester Yunayted"in tərəfindədir, amma əslində heç nə dəyişməyib".
Qol.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında evdə "Mançester Yunayted"lə bərabərə qaldıqları ilk oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
O, yaxşı oyuna davam etməli olduqlarını bildirib: “Mançester Yunayted” əllərində olan yeganə şansdan yararlandı. Qələbə üçün kifayət qədər çalışdıq. Komanda ruhumuz əla idi. Biz belə davam etməliyik. Hər şey irəlidədir".
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi