Pirlo bu klubu çalışdırmaqdan imtina etdi

Pirlo bu klubu çalışdırmaqdan imtina etdi
DÜNYA FUTBOLU 15 Fevral 2022 / 15:18 2474
-  A +

"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo "Salernitana"nı çalışdırmaqdan imtina edib.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb.Onun A seriyası təmsilçisinin təklifini rədd etdiyi bildirilib. 42 yaşlı mütəxəssisin digər klublardan təklif gözlədiyi vurğulanıb.

Qeyd edək ki, "Salernitana" ölkə çempionatında 12 xalal sonuncu-20-ci pillədə qərarlaşıb.


Son xəbərlər