Eriksen ad günündə meydana çıxdı, qol ötürməsi verdi

Eriksen ad günündə meydana çıxdı, qol ötürməsi verdi
DÜNYA FUTBOLU 14 Fevral 2022 / 22:12 3833
-  A +

"Brentford"un yeni transferi Kristian Eriksen komandanın heyətində ilk oyununu keçirib. 

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, Danimarka millisinin üzvü "Sauthend Yunayted"lə yoxlama görüşündə (3:2) 60 dəqiqə meydanda olub. Bu gün 30 yaşını qeyd edən futbolçu 1 qolun ötürməsini də verib.

Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. O, sözügedən hadisədən sonra bu gün ilk dəfə oynayıb.
 


Qarabağ FK
Son xəbərlər
topaz banner