Mbappe son anda qol vurdu, PSJ 3 xal qazandı

Mbappe son anda qol vurdu, PSJ 3 xal qazandı
DÜNYA FUTBOLU 12 Fevral 2022 / 01:40 3142
-  A +

PSJ Liqa 1-də növbəti matçına çıxıb. 

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi 24-cü turda "Renn" ilə qarşılaşıb. Görüşün ilk və ikinci hissəsində qapılara qol vurulmayıb. Lakin Paris klubunun futbolçusu Kilian Mbappe 90+3-cü dəqiqədə rəqibini məyus edib. Beləliklə, fransalı oyunçu komandasına qələbə qazandırıb - 1:0. 

Qeyd edək ki. PSJ hazırda Liqa 1-in turnir cədvəlində 59 xalla 1-ci, "Renn" isə 37 xalla 5-cidir.


Son xəbərlər