Əvvəl ata, sonra bala

Əvvəl ata, sonra bala
DÜNYA FUTBOLU 11 Fevral 2022 / 09:52 3710
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun oğlu Junior da bu klubun üzvü olub.

Qol.az xəbər verir ki, 11 yaşlı kiçik Ronaldo "qırmızı şeytanlar"la rəsmi müqavilə bağlayıb.

Təqdimat mərasimindən görüntüləri Ronaldunun sevgilisi Corcina Rodriges şəxsi İnstaqram səhifəsində paylaşıb. Junior da atası kimi 7 nömrəli formanı seçib.

Qeyd edək ki, Junior daha əvvəl "Yuventus"un akademiyasında çıxış edib və ötən ilin yayında atası ilə birgə İtaliya klubundan ayrılıb.


Son xəbərlər