Benzema PSJ-yə qarşı oynayacaq?

Benzema PSJ-yə qarşı oynayacaq?
DÜNYA FUTBOLU 9 Fevral 2022 / 21:14 1952
-  A +

"Real"ın hücumçusu Kərim Benzema zədə səbəbindən Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə ilk oyunu buraxa bilər .

Qol.az "Marca"ya istinadən xəbər verir ki, fransalı futbolçu hələ də  fərdi qaydada məşq edir. O, meydanda topla işləyir, lakin hələ də optimal vəziyyətdən uzaqdır.

Madrid təmsilçisi Kərimi  fevralın 12-də "Vilyarreal"a qarşı görüşdə bir neçə dəqiqə oynatmağı planlaşdırırdı, lakin indi bu, demək olar ki, mümkün deyil. 34 yaşlı oyunçunun PSJ ilə oyuna qədər sağalması ehtimalı azdır. 

Qeyd edək ki, PSJ - "Real" matçı fevralın 15-i keçiriləcək.
 


Son xəbərlər