"Mançester Yunayted"in baş məşqçisi növbəti xal itkisi haqda

"Mançester Yunayted"in baş məşqçisi növbəti xal itkisi haqda
DÜNYA FUTBOLU 9 Fevral 2022 / 11:54 1838
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik İngiltərə Premyer Liqasının 24-cü turunda “Bernli” ilə oyundan (1:1) sonra görüş haqda fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, komandası “Bernli”yə qarşı ilk hissədə əla oyun göstərib:

“Bu gün “Midlsbro” ilə İngiltərə kubokunda oynadığımız matçla müqayisədə daha yaxşı çıxış etdik. Lakin belə oyundan sonra bir xal qazanmaq bizim üçün məyusedicidir”.

Ranqnik oyunçularını tərifləyib, lakin "Bernli"ni məğlub edə bilmədikləri üçün heç-heçənin onlara kifayət etmədiyini söyləyib.

Qeyd edək ki, dünənki heç-heçədən sonra "Mançester Yunayted" 39 xalla 5-ci pilləyə enib.


Son xəbərlər