Ronaldo “qara zolağ”a düşüb

Ronaldo “qara zolağ”a düşüb
DÜNYA FUTBOLU 9 Fevral 2022 / 08:00 2775
-  A +

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo uğursuzluq zolağına düşüb.

Qol.az xəbər verir ki, portuqaliyalı futbolçu son 5 oyunda (4 Premyer Liqa və 1 İngiltərə kuboku matçı) 1 qol belə vura bilməyib. O, son dəfə belə halla 2010-cu ildə “Real”da çıxış edərkən üzləşib. Həmin ilin yayında da Kristiano 5 matçda rəqib qapılarına yol tapa bilməmişdi.

Qeyd edək ki, Ronaldo dünən "Bernli" ilə Premyer Liqanın 24-cü tur oyununa (1:1) ehtiyatda başlayıb. O, 68-ci dəqiqədə Edinson Kavanini əvəzləyərək meydana daxil olub.

 

 


Son xəbərlər