Klublararası dünya çempionatında ilk finalçı bilindi

Klublararası dünya çempionatında ilk finalçı bilindi
DÜNYA FUTBOLU 9 Fevral 2022 / 00:33 3673
-  A +

 Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, Braziliya "Palmeyras"ıdır. Komanda yarımfinalda Misirin  "Əl-Əhli" klubuna qalib gəlib. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasında fevralın 9-u keçiriləcək digər yarımfinal matçının qalibi olacaq. 


Son xəbərlər