"Qarabağ" futbolçularla danışıqlar aparır

"Qarabağ"  futbolçularla danışıqlar aparır
DÜNYA FUTBOLU 7 Fevral 2022 / 21:43 7232
-  A +

“Qarabağ” bu qış heyətinə növbəti futbolçular cəlb edə bilər.

Qol.az xəbər verir ki,  bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov  Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, transfer pəncərəsinin son günləri olmasına baxmayaraq, hələ də heyəti gücləndirmək istəyirlər. Ancaq o, transfer etmək istədikləri futbolçuların adlarını açıqlamayıb.“Çox futbolçuya müqavilə təklifi göndərmişik. Bəzisinə 2, bəzisinə 3 illik müqavilə təklif etmişik. Danışıqlar davam edir”.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Rüstəm Əhmədzadə, Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.


Son xəbərlər