Ramos yenə zədələndi

Ramos yenə zədələndi
DÜNYA FUTBOLU 30 Yanvar 2022 / 17:15 1310
-  A +

Fransa kubokunun 1/8 finalında “Nitsa” ilə qarşılaşacaq PSJ oyuna ciddi itki ilə çıxa bilər.

Qol.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos matçı buraxa bilər. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Ramos komandanın son məşqində zədələnib. 35 yaşlı müdafiəçi əzələ ağrıları səbəbindən məşqi yarımçıq tərk edib.

Qeyd edək ki, sabah keçiriləcək PSJ – “Nitsa” matçı sat 00:15-də başlayacaq.


Son xəbərlər