Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan millisinin oyunçusu Eduardo Borges Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, hazırlıq prosesinə hamıdan gec qoşulan futzalçı toplanış, qarşıdakı planları və Avro-2022 barədə fikirlərini açıqlayıb.
- Dekabrda Ukrayna ilə oyunlarda zədəli olduğuna görə iştirak etmədin. Özünü necə hiss edirsən?
- Ciddi zədə deyildi. Həkimlər dizimə müalicə əhəmiyyətli gel vurmuşdular. Buna görə də 10-12 gün intensiv hərəkət etməməli idim. Bu səbəbdən də Ukrayna ilə oyunları buraxmalı oldum. Avropa çempionatının final mərhələsində komandama kömək etmək daha vacibdir. İndi özümü yaxşı hiss edirəm.
- Məşqlər necə gedir?
- Plana uyğun olaraq hazırlaşırıq. Çalışırıq ki, baş məşqçinin istədiklərini yerinə yetirək. 8-9 aydan sonra komandaya qoşuldum, əla atmosfer var. Hamı istəklidir. Məşqlərdə çox çalışırıq ki, oyunlarda bəhrəsini görək.
- Komandanı rəsmi oyunlara hazır saymaq olarmı?
- Bu barədə tələsməyək. Bakıda hələ 2 məşqimiz var. Ondan sonra Belçika ilə oynayacağıq. Həmin görüş zəif cəhətlərimizi ortaya çıxaracaq. Belçika ilə matçdan sonra da vaxtımız olacaq.
- Əsas çatışmazlıq fiziki, yoxsa taktiki hazırlıqla bağlıdır?
- Fiziki hazırlığımız yaxşıdır. Taktiki planda çox çalışmalıyıq. Eyni zamanda standartlar üzərində də işləməliyik. Mən Belçika, Qalo və Rafael İspaniya, Tyaqo və Fineo isə Fransa çempionatında çıxış edirlər. Həm biz, həm də “Araz-Naxçıvan”da oynayan futzalçılar indi eyni sistemdə yer almalıyıq. Bunun üçün də çox məşq etməliyik. Yəni zamana ehtiyac var, vaxtımız isə çox azdır.
- Federasiya prezidenti Zaur Axundov komanda üzvləri ilə görüşdü. Nə dedi?
- Hər zamankı kimi, məşq prosesi, hazırlığımızla, zədəli olub-olmamağımızla maraqlandı. Təbii ki, rəhbərlik hər zaman bizdən daha yaxşı nəticə istəyir. Bu cür yarışda nəticə çox önəmlidir. İlk matçda daha yaxşı oynamalıyıq.
- Qrupumuzun açılış oyununda Gürcüstan yığması ilə qarşılaşacağıq. Təqvimi uyğun hesab edirsənmi?
- Çətin qrupda yer aldığımızı gizlədə bilmərəm. Gürcüstan millisi debüt etsə də, heyətini gücləndirib. Yeni futzalçıları var. Çoxlu yoldaşlıq oyunları keçiriblər. Əvvəlki oyunları ilə indiki çıxışları arasında xeyli fərq var. Bu duelin favoriti onlardır. Debütant olduqlarına görə çox istəklidirlər. Əlbəttə, bunlar oyundan əvvəlki düşüncələrimdir.
- Rəqibin oyunlarını izləmisən?
- Əlbəttə, izləmişəm. Ümumiyyətlə, asan oyun olmur. Gürcüstan millisi ilk dəfə bu mərhələyə yüksəlib. Çox istəklidirlər, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər. Həm də onların aparıcı oyunçularından Roninho ilə bir klubda çıxış edirəm. Onunla müəyyən söhbətlərimiz olub.
- Roninho bir qrupda yer almağımızı özləri üçün necə dəyərləndirib?
- Püşk atıldıqdan sonra onun da fikrini soruşdum. Açığı, istəmirdi.
- Heç İspaniya, Bosniya və Herseqovina haqda danışan yoxdur...
- İspaniyanın gücünü bütün komandalar bilir. Bosniya və Herseqovina da ilk dəfə iştirak edəcək. Ancaq onların gəldiyi yola baxsaq, güclü rəqib olduqlarını görərik. Serbiya ilə bir qrupda yer almışdılar, həmin qrupdan lider kimi final mərhələsinə yüksəldilər. Deməli, güclüdürlər. Sadəcə, açılış oyunu hər zaman ağır keçir. Həm də həmin görüşdə qazanılan nəticə növbəti hədəflər üçün fikir formalaşdırır.
- Bu arada, “Halle-Gooik”lə yeni müqavilə imzaladın. Təbrik edirik.
- Təşəkkür edirəm. Bəli, 2024-cü ilin iyununa qədər bu klubun üzvüyəm. Artıq ailəm də bir müddətdir Belçikada yaşayır, ora uyğunlaşıb. İspaniya və Fransa klublarından da təkliflər var idi, amma Belçikada qalmağı uyğun hesab etdik. Klubun şəraiti məni qane edir, ailəm üçün də orda olmaq rahatdır. Hər iki tərəfə xeyirli olsun.
Bu dəfə onu “Real” istəyir
“Səbail” “Zaqatala”ya minimal hesabla qalib gəldi - Video
Kapitan “Bayer”lə oyunda PSJ-yə kömək edə bilməyəcək
Vinisius “Real”dan rekord məbləğdə maaş tələb edir
“Borussiya”nın müdafiəçisi “Liverpul”un transfer hədəfində
“Səbail” 3 xalı 1 qolla qazandı
AFFA Region Liqasında mövsümün püşkü atıldı
“Yuventus”un yeni hədəfi - Milan Şkrinyar
Premyer Liqada 12-ci turun oyun cədvəli açıqlandı
Maradonanı geridə qoydu
Paratiçi yenidən "Tottenhem"in idman direktoru oldu
2029-cu ilə qədər “Barselona”da
Misli Premyer Liqasında 11-ci tur "Zəfər turu" adlanacaq
Azərbaycan kubokunda oyunların vaxtı bilindi
Messi gənc futbolçular üçün turnir təşkil edir
AFFA baş məşqçini yenə cəzalandırdı - 4 oyunluq
İspaniya millisi 29 oyundur uduzmur
Donnarumma: "İtaliya DÇ-2026-da olacaq"
Futzal millimizin heyəti açıqlandı
Ayxan Abbasov onu millidən göndərdi - Qalmaqal
"Kəpəz"dən yeni transfer
Oleq Baklov: "Turan Tovuz"da özümü çox yaxşı hiss edirəm”
"Atletik" - "Qarabağ": düşərgələrdən son yeniliklər
2-ci liqada 6 oyunun vaxtı açıqlandı
Messidən növbəti uğur
Yeni dünya rekordu müəyyənləşdirdilər
Ərdoğan millinin futbolçuları ilə görüşdü - Video
İngiltərə millisindən mundial tarixinin rekordu
28 oldu!
Montella Gürcüstan üzərindəki qələbədən danışdı
U-21 millimizin Şotlandiya ilə oyununda 6 qol - Video
DÇ-2026-ya vəsiqə qazandılar
"Qaradağ Lökbatan"ı lider edən qələbə - Video
U-21 millimizin Şotlandiya ilə oyununda məhsuldar heç-heçə
Mahir Emreli: “Hazırda mənim üçün asan dövr deyil”
"Azərbaycan millisi bizi yordu"