DÇ-2022-də Azərbaycan milli komandasının rəsmi oyunları səbəbindən Premyer Liqamızda yaranan fasilə başa çatır.
Qol.az xəbər verir ki, sabah birinci dövrənin sonuncu – 7-ci turunun matçları 13 günlük aradan sonra start götürür.
Bu tur mühüm oyunlarla diqqət çəkir. İlk oyun günündə diqqət Qəbələdə olacaq. Burada yerli komanda ən yaxın izləyicisi “Zirə”ni qəbul edəcək. Hazırda hər iki komanda 6 oyundan 11 xalla 3-4-cü yerləri bölüşdürür. Qələbə qazanan komanda ən azı 1 günlük də olsa 2-ci yerə yüksələcək və dördüncü yerlə arasında xal fərqini 2-yə qaldıracaq.
Turun ikinci mərkəzi qarşılaşması isə bazar günü keçiriləcək. “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edəcək. Bakı təmsilçisi bu rəqibi ilə son illərdəki matçlarda vacib xalllar itirib. Ona görə də 7-ci turdakı qarşılaşma da mühüm əhəmiyyət daşıyır. “Neftçi”ni qələbə qazanıb ən azı 2-ci yerdəki mövqeyini qorumaq, “Sumqayıt” isə qalib gəlib 4-cü yerdəki komanda ilə xal fərqini azaltmaq əzmindədir.
Turun digər iki matçında “Səbail” “Keşlə”ni, “Sabah” isə lider “Qarabağ”ı qəbul edəcək.
6 turdan sonra turnir cədvəli
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 6 | 4 | 2 | 0 | 11-3 | 14 |
| 2 | Neftçi | 6 | 4 | 1 | 1 | 13-7 | 13 |
| 3 | Qəbələ | 6 | 3 | 2 | 1 | 11-5 | 11 |
| 4 | Zirə | 6 | 3 | 2 | 1 | 8-5 | 11 |
| 5 | Sumqayıt | 6 | 2 | 1 | 3 | 4-4 | 7 |
| 6 | Səbail | 6 | 2 | 0 | 4 | 4-13 | 6 |
| 7 | Keşlə | 6 | 1 | 1 | 4 | 4-10 | 4 |
| 8 | Sabah | 6 | 0 | 1 | 5 | 2-10 | 1 |
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”