"Kayrat"ın baş məşqçisi Kurban Berdıyevdən komandanın oyunçuları narazıdırlar.
Qol.az xəbər verir ki, bu barədə Rusiyanın championat.com saytı məlumat yayıb. Bildirilib ki, vəziyyətlə tanış olan şəxs bununla bağlı sayta açıqlama verib.
"Berdıyevdən daha çox şey gözləyirdilər. O, müdafiə futbolu oynayır. Komandadakı futbolçular autsayderlərə qarşı belə bu cür oynanılmasından narazıdırlar" - deyə bildirilib.
Qeyd edək ki, K.Berdıyev yaydan Qazaxıstan təmsilçisini çalışdırır. Komanda hazırda ölkə çempionatında 44 xalla 3-cü pillədə qərarlaşıb və lider "Astana"dan 9 xal geri qalır.
Xatırladaq ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 21-i "Kayrat"ı qəbul edəcək.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi