Skolari Braziliya klubundan növbəti dəfə ayrıldı

Skolari Braziliya klubundan növbəti dəfə ayrıldı
DÜNYA FUTBOLU 11 Oktyabr 2021 / 15:24 1356
-  A +

Məşhur məşqçi Luis Felipe Skolari "Qremio" ilə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Braziliya klubunun saytı məlumat yayıb. 72 yaşlı mütəxəssis 4 fərqli dönəmdə "Qremio"nu çalışdırmışdı.

1982-ci ildən baş məşqçilik edən Skolarinin bu karyerasında 28-ci ayrılığı olub.

Qeyd edək ki, braziliyalı çalışdırıcı Braziliya millisi ilə DÇ-2002-ni qazanmışdı.


Son xəbərlər