Millimizin üzvü Polşada növbəti qolunu vurdu - Video

Millimizin üzvü Polşada növbəti qolunu vurdu - Video
ÖLKƏ FUTBOLU 26 Sentyabr 2021 / 18:58 5624
-  A +

Polşa çempionatında 9-cu turun oyunları keçirilir. 

Qol.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) bu bu gün səfərdə “Şlyensk”lə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1. 

Start heyətdə meydana çıxan Krivotsyuk 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə millimizin müdafiəçisi vurub. Bu, onun cari mövsüm çempionatda vurduğu 2-ci qoldur.

Qeyd edək ki, “Visla” hazırda 10 xalla 18 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Antonun qol vurduğu epizoda 1.03-cü saniyədən baxa bilərsiniz.
 

Daha çox


Son xəbərlər
topaz banner