Ronaldodan təşəkkür

Ronaldodan təşəkkür
DÜNYA FUTBOLU 14 Sentyabr 2021 / 09:59 2407
-  A +

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 4-cü turunda "Nyukasl Yunayted"lə matçda (4:1) "Old Trafford"da səmimi qəbula görə klubun azarkeşlərinə təşəkkür edib.

Qol.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" hesabında yazıb:

"Çempionlar Liqası matçı üçün yaxşı əhval-ruhiyyədəyik. Azarkeşlərimizə göstərdikləri gözəl qarşılama üçün təşəkkür edirəm. İşimizi bir az asanlaşdıran inanılmaz atmosfer və dəstəkdir. Yaxşı əhval-ruhiyyəni saxlamaq üçün əlimizdən gələni edəcəyik!".

Qeyd edək ki, "Mançester Yunayted" bu gün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz"un qonağı olacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner