"Yuventus"dan Dibalaya yeni müqavilə

"Yuventus"dan Dibalaya yeni müqavilə
XƏBƏR 14 Avqust 2021 / 12:57 1230
-  A +

"Yuventus" futbolçusu Paulo Dibalaya yeni müqavilə təklif edib.

Qol.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Turin təmsilçisi 27 yaşlı hücumçuya 3 illik yeni sözləşmə təklif edib. O, müqaviləni qəbul edərsə, klubda illik 8+2 milyon avro maaş qazanacaq.

Qeyd edək ki, Dibala geridə qalan mövsüm 20 matçda 4 qol vurub.

Son xəbərlər
topaz banner