Levandovskidən yeni rekord

Levandovskidən yeni rekord
XƏBƏR 14 Avqust 2021 / 11:58 2593
-  A +

"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekord müəyyənləşdirib.

Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu buna ötən gecə Bundesliqanın 2021/22 mövsümünün ilk turunda "Borussiya" (Münhenqladbax) ilə matçda (1:1) imza atıb. O, görüşdə fərqlənməklə yerli çempionatda ardıcıl 7 mövsümün startında qol vuran yeganə futbolçu olub.

Həmçinin polşalı oyunçu Münhen təmsilçisinin heyətində 220-ci qarşılaşmasında 204-cü qoluna imza atıb.

Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da oynayır.

Son xəbərlər
topaz banner