Millimiz Avropa çempionatının hazırlığına start verdi

Millimiz Avropa çempionatının hazırlığına start verdi
XƏBƏR 13 Avqust 2021 / 16:50 2784
-  A +

Azərbaycanın mini-futbol üzrə milli komandası baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında iyulun 1-dən etibarən Böyükşor bulvarında yerləşən “Azfar Group” stadionlarında təlim-məşq toplanışına start verib.

Qol.az xəbər verir ki, komanda oktyabrın 30-dan noyabrın 6-na qədər Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq mini-futbol üzrə Avropa çempionatında iştirak edəcək
 
Hazırda millinin heyətində Hüseyn Axundov, Tural Nərimanov, Eşqin Quliyev, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Ramil Həsən-Zadə, Asif Zeynalov və İlkin Hacıyev kimi sabiq futbolçu və futzalçılar var.

Milli Komandanın Bakıdakı hazırlığı oktyabr ayına qədər davam edəcək. Daha sonra Slovakiyaya yollanacaq yığma Koşitsedə yerləşən “Kristal” otelində məskunlaşacaq. Millimizlə yanaşı iştirakçı komandalardan Fransa, Bosniya və Hersoqovina, İsrail kimi ölkələrin də yığmaları adı çəkilən oteldə qalacaqlar.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları “Steel Arena”da keçiriləcək. Turnirin püşkatma mərasimi sentyabrın 13-də keçiriləcək.




 


Son xəbərlər
topaz banner