Avropa Liqasında ən yaxşı adına 3 namizəd

Avropa Liqasında ən yaxşı adına 3 namizəd
XƏBƏR 13 Avqust 2021 / 16:22 1360
-  A +

Avropa Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az xəbər verir ki, UEFA bu yerə 3 namizədin adını açıqlayıb.

Onlardan ikisi “Mançester Yunayted”in futbolçuları Bruno Fernandeş və Edinson Kavanidir. Digər namizəd isə turnirin finalçısı “Vilyarreal”ın hücumçusu Jerar Morenodur.

Qeyd edək ki, ən yaxşı futbolçunun adı avqustun 27-də İstanbulda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı bəlli olacaq.


Son xəbərlər
topaz banner