"Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri müəyyənləşdi

"Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri müəyyənləşdi
XƏBƏR 13 Avqust 2021 / 00:40 7697
-  A +

"Neftçi" və "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Qol.az xəbər verir ki,  Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Konfrans Liqasının pley-offunda İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşacaq. "Makkabi" "Torşavn"ı (7:2, 1:0) mübarizədən kənarlaşdırararək təmsilçimizə rəqib olub.

"Qarabağ" isə Şotlandiya "Aberdin"i ilə üz-üzə gələcək. "Aberdin" 3-cü təsnifat mərhələsində "Breydablik"dən (İslandiya) üstün olub (3:2, 2:1).

Qeyd edək ki, "Qarabağ" və "Neftçi" ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların birinin tarixində dəyişiklik ediləcəyi və ya ilk görüşlərdən birinin səfərdə olacağı istisna deyil. Cavab görüşləri isə avqustun 26-da olacaq.


Son xəbərlər
topaz banner