“Növbəti mərhələyə adlaması münasibətilə "Qarabağ"ı təbrik edirəm. Güclü rəqibə qarşı oynamağa çalışdıq. Futbolçularımı əzmkarlığa görə təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri AEL-in baş məşqçisi Duşak Kerkez Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib. O, Ağdam təmsilçisinə uduzaraq, turnirdə mübarizəni dayandırmaqlarını belə şərh edib:
"Nəticə məni qane edə bilməz. Amma biz göstərdik ki, büdcə baxımdan özümüzdən 5-6 dəfə güclü komandalara qarşı oynamağa qadirik. Stadionda azarkeşlərin yaratdığı atmosferdən razıyam. Ümid edirəm ki, pandemiya dövrü tezliklə başa çatacaq və bütün oyunlarda belə atmosfer görəcəyik. Məğlubiyyətə görə üzülürük, mərhələ adlaya bilməmişik. Bütün rəqiblərə hörmətlə yanaşaraq, hər matça qələbə qazanmaq üçün çıxırıq. Bir neçə günlük istirahətdən sonra çempionat oyununa hazırlaşacağıq".
Kerkez ilk oyunda Kiprdə yerli azarkeşlərin Qurban Qurbanova qarşı hörmətsizliyindən də danışıb:
"Qurbanovu "Qarabağ"da 13-cü ili başa vurması münasibətilə təbrik edirəm. Bu, çox yaxşı ənənədir. Futbol emosiyalar oyunudur. Baş verənləri yaxşı qarşılamıram. Amma siyasəti futbola qarışdırmaq da istəmirəm. Bu gün bizə qarşı heç bir hörmətsizlik olmadı".
Qeyd edək ki, komandalar arasında ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. "Qarabağ" ümumi hesabda 2:1 qalib gələrək mərhələ adlayıb.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi