"Real" və "Barselona" üçün çətin olacaq"

"Real" və "Barselona" üçün çətin olacaq"
XƏBƏR 12 Avqust 2021 / 19:30 6750
-  A +

"Barselona"dan ayrılıb, PSJ-yə keçən Lionel Messi La Liqada çıxış edən komandalardan bir neçə ulduz futbolçunun getməsindən sonra çempionatın yeni mövsüm üçün keyfiyyətini qiymətləndirib.

Qol.az AS-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu deyib:

"Komandalar liqaların səviyyəsində vacib rol oynayır. "Barselona", Real", "Sevilya", "Valensiya" və "Atletiko" kimi komandalar La Liqada oynayır. Bunlar ən yaxşı klublardır. Bəzi oyunçuların ayrılmasından asılı olmayaraq, klublar yaşayır. La Liqa hələ də böyük və vacib bir turnirdir. Əvvəllər də komandalarda müxtəlif ayrılıqlar olub, amma klublar əzəmətini qoruyub saxlayıb. Onlar var olmağa və nəticə göstərməyə davam ediblər. "Real" və "Barselona" üçün çətin olacaq. Ancaq bir neçə ildən sonra geri dönəcəklər. Sonra İspaniya futbolunun yeni böyük ulduzları olacaq".

Qeyd edək ki, argentinalı oyunçu 2 gün əvvəl PSJ ilə 2+1 illik sözləşmə imzalayıb.


Son xəbərlər
topaz banner