"AEL güclü komandaya qarşı oynaya bilər, amma..."

"AEL güclü komandaya qarşı oynaya bilər, amma..."
XƏBƏR 12 Avqust 2021 / 16:49 2845
-  A +

"Hamımız bilirik ki, bura bizim üçün əlverişsiz yerdir. Çətin oyun olacaq, amma AEL yaxşı komandadır. Futbolçular stadiondakı ab-havaya hazır olmalıdırlar. Kerkez (AEL-in baş məşqçisi - red) psixoloji hissəyə diqqət yetirəcək. Hər şeyin yaxşı keçməsini və oyunçulara tapşırıqları yerinə yetirmələrini arzulayıram".

Qol.az "24sports"a istinadən xəbər verir ki, bu sözləri  Kipr millisinin sabiq yarımmüdafiəçisi Marios Xristodulou AEL-in Konfrans Liqasının 3 -cü təsnifat mərhələsində "Qarabağ"la səfər oyunu öncəsi deyib.

"AEL-də növbəti mərhələyə keçməyə kömək edəcək keyfiyyətli oyunçular var. Komanda meydanda nə istədiyini bilir. Təbii ki, güclü komandaya qarşı oynaya bilərlər. Amma mən bundan qorxmazdım. Komandamız qalib gəlmək və növbəti mərhələyə yüksəlmək üçün gücə malikdir" - deyə o bildirib.

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - AEL görüşü saat 20:00-da başlayacaq.


Son xəbərlər
topaz banner