"Qarabağ" - AEL oyununa nə qədər bilet satılıb?

"Qarabağ" - AEL  oyununa nə qədər bilet satılıb?
XƏBƏR 12 Avqust 2021 / 12:10 3751
-  A +

Konfrans Liqasının 3 -cü təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - AEL cavab oyunu üçün bilet satışı davam edir.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, sözügedən matç üçün artıq 9 mindən çox bilet satılıb.

Qeyd edək ki, Nazilər Kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxıla bilər.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner