“Çətin matç idi. İlk 30 dəqiqədə çox güclü çıxış edirdik. Buraxılan qoldan sonra bir qədər zəiflədik. Amma qələbəyə layiq idik".
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Tomas Tuhel UEFA Superkubokunda "Vilyarreal"a qalib gəldikləri (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 6:5) matç haqqında danışarkən deyib. O, görüşün 119-cu dəqiqəsində qapıçı Eduard Mendini Kepa Arrizabalaqa ilə əvəzləməsinin səbəbini də açıqlayıb:
“Bu, kortəbii bir qərar deyildi. Bu barədə kluba gəlişimdən qısa müddət sonra qapıçılar ilə danışmışdıq. Kepanın penaltilər seriyasında ən yaxşı olduğunu göstərən statistik məlumatlarımız var. Analitiklər mənə məlumatları göstərdilər və sonra oyunçulara belə dəyişikliklərin baş verə biləcəyini söylədik. Mendinin də çıxışı fantastikdir. Amma komanda üçün ən yaxşısını etməli idik. Eduard kimi bir qapıçımızın olduğuna görə də xoşbəxtəm".
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər