"Atam (Xorxe Messi - atası və meneceri - red.) evə qayıtdı. Bütün axşam boyu Joan Laportanın ("Barselona"nın prezidenti - red) yanında idi. Geri döndükdən sonra mənə danışıqların məyusedici nəticələrini danışdı. O anda çox depressiyaya düşdüyümü hiss etdim. Sonra həyat yoldaşım Antonellaya bu barədə danışdım. Ağladıq. Ancaq uşaqlara da vəziyyəti izah etməli idik".
Qol.az xəbər verir ki, bu sözləri PSJ-nin yeni transferi Lionel Messi BBC-yə açıqlamasında deyib. 34 yaşlı hücumçu "Barselona" ilə sözləşməsini uzatmaq üçün danışıqların uğursuz başa çatması barədə danışıb:
"Təbii ki, bir-birimizi ruhlandırdıq. Doğru yolu tapmaq məcburiyyətində idik. Çünki dekabr ayında uşaqlara Barselonada qalacağımızı söyləmişdik. Xüsusilə Tiaqo üçün nə qədər çətin olacağını bilirdik. Bəzən müxtəlif şeylər haqqında çox düşünürük. Amma uşaqlar bəzi şeyləri çox tez mənimsəyir. Tiaqo mənimlə eyni xarakterdədir. Amma hazırda hər şeyi onun xoşuna gəlir. Vəziyyətə uyğunlaşır və bu onun üçün yaxşı bir təcrübə olacaq. Bütün ailə xoşbəxt olacaq, bu klubda əylənəcəyik".
Qeyd edək ki, Messinin "Barselona" ilə sözləşməsi iyunun 30-u başa çatıb. Argentinalı oyunçu 2 gün əvvəl PSJ ilə 2+1 illik müqavilə imzalayıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər