"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
XƏBƏR 10 Avqust 2021 / 14:12 4554
-  A +

Konfrans Liqasının 3 -cü təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - AEL cavab oyunu üçün bilet satışı davam edir.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, sözügedən matç üçün artıq 7 mindən çox bilet satılıb. Qalan biletlərin oyundan əvvəl satılması planlaşdırılır.

Nazilər Kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxıla bilər.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Qarabağ" - AEL görüşü saat 20:00-da başlayacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner