"Bu mərhələdə "Qarabağ"la oynamaq şanssızlıqdır"

"Bu mərhələdə "Qarabağ"la oynamaq şanssızlıqdır"
XƏBƏR 10 Avqust 2021 / 10:30 5216
-  A +

Kipr millisinin sabiq qapıçısı Antonis Qeorqallides Konfrans Liqasının 3 -cü təsnifat mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" - AEL (Kipr) cavab oyunu öncəsi fikirlərini bildirib.

Qol.az "Balla"ya istinadən xəbər verir ki, o, ilk matçda heç-heçənin (1:1) Kipr təmsilçisi üçün uyğun olmadığını bildirib. "Bu mərhələni belə bir rəqiblə oynamaq şanssızlıqdır. "Qarabağ" cavab oyunundan əvvəl favoritdir. AEL atmosferin onlar üçün ən yaxşı olmadığı yerə gedir. Ancaq inanıram ki, psixoloji sabitlik və irəli getmək istəyi sayəsində AEL məqsədinə çatacaq".

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Qarabağ" - AEL görüşü saat 20:00-da başlayacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner